Lirə nə vaxta qədər ucuzlaşacaq? – EKSPERT RƏYİ
Türkiyənin milli valyutası olan lirənin ucuzlaşması prosesi ölkə qanunvericiliyinə görə, 45 gün müddətinə hökumətin formalaşdırılması tələbinin yerinə yetirilməsinə qədər davam edəcəkdir, əgər bu formalaşma olmayacaqsa, Türkiyədə növbədənkənar seçkilərin keçirilməsi ehtimalı var. Bu müddətdə də ola bilsin ki, lirənin dəyər itirməsi prosesi davam etsin.
Oxu.Az-a bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov “Lirənin aqibəti necə olacaq?” sualını şərh edərkən bildirib.
Onun sözlərinə görə, lirənin ucuzlaşması prosesi təxminən 7-8 aydır ki, davam edir, ancaq son hadisələr Türkiyə siyasətində bundan sonrakı dövrdə ehtimal olunan və gözlənilən dalğalanmanın nəticəsi olaraq ortaya çıxdı.
Ekspert bildirir ki, Türkiyə iqtisadiyyatı daxili istehlaka yönəldilmiş olduğudan baş verən proseslər vətəndaşların alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb ola bilər:
“Təbii baş verənlər Türkiyə iqtisadiyyatı üçün arzuolunan deyil. Bununla belə, lirənin ucuzlaşması Türkiyədə istehsal olunan məhsulların dəyərinin azalmasına təsir göstərir ki, bu da ölkənin dünya bazarlarında rəqabət aparmaq imkanlarını genişləndirir”.
“Lirənin ucuzlaşması istehsalat və xidmət sektorlarına mənfi təsir göstərəcək” - deyə, ekspert qeyd edir.
“R.Həsənov onu da əlavə edir ki, Türkiyə siyasəti vətəndaşlarının xeyrinə qərar qəbul etsə, bu halda az zərərlə baş verən proseslərdən qurtula bilər”.
Xatırladaq ki, parlament seçkilərindən sonra Türkiyənin milli valyutası bir lirə üçün 2,75 dollar həddinə çataraq tarixi minimumu təkrarlayıb.
Türk lirəsinin ucuzlaşmasını Türkiyədə bazar günü keçirilən Parlament seçkiləri ilə əlaqələndirirlər. Bu seçkilərdə Ədalət və İnkişaf Partiyası son 13 il ərzində ilk dəfə Parlamentdə malik olduğu çoxluğu itirib.
İlkin məlumata görə 100% bülletenlərdə aparılan hesablamalardan sonra Ədalət və İnkişaf Partiyası seçicilərin səsinin 40,8%-ni, Parlamentdə isə 256 yer qazanıb.
Sağ mərkəzi Xalq Demokratik Partiyası isə 25,2% və 133 yer, Milli Hərəkat Partiyası – 16,5% və 83 kürsü, kürd yönümlü Xalq Demokratik Partiyası isə 12,9% və 78 kürsü qazanıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli