Paşinyanın silahdaşından Sarkisyanla bağlı şok çağırış » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hadisə

Paşinyanın silahdaşından Sarkisyanla bağlı şok çağırış GÜLLƏLƏNSİNLƏR

Paşinyanın silahdaşından Sarkisyanla bağlı şok çağırış

Ermənistanın ədliyyə naziri Artak Zeynalyan ağır cinayətlər törətmiş şəxslərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsini təklif edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, parlamentin iclasında bildirib.

A.Zeynalyana görə, ağır cinayətlər, xüsusilə Vətənə xəyanət ittihamı irəli sürülmüş şəxslərə qarşı cəza tədbirləri ikiqat sərtləşdirilməlidir. Nazir bununla bağlı parlamentə təqdim edilmiş qanun layihəsinə əlavə və dəyişikliklərin edilməsinin vacibliyinə diqqət çəkib.

Parlamentdəki “Yelk” fraksiyasının deputatı Edmon Manukyan isə vətən xainlərinə qarşı daha sərt cəzaların verilməsinin tərəfdarı olduğunu qeyd edərək, edam cəzasının – güllələnmənin qanun layihəsinə salınmasını təklif edib: “Hesab edirəm ki, vətən xainlərinə verilə biləcək ən yaxşı cavab güllədir. Güllələnsinlər”.

Qeyd edək ki, vaxtilə baş nazir Nikol Paşinyanın təmsil olunduğu fraksiyanın üzvü olan Edmon Manukyan bir müddət əvvəl keçmiş prezident Serj Sarkisyanı və tərəfdarlarını vətənə xəyanətdə ittiham etmişdi.

Manukyan Sarkisyan iqtidarının devrilməsi ilə yadda qalan etiraz aksiyalarının təşkilatçılarından biri olub.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *