Paşinyana bunun üçün 200 milyon təklif edildi - Ermənistanla bağlı ŞOK İDDİA
Ermənistan parlamentinin “Yelk” fraksiyasının rəhbəri, “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyana etiraz aksiyalarından imtinanın qarşılığında 200 milyon dollar təklif olunub.
Publika.az xəbər verir ki, bu iddia ilə “Jamanak” qəzeti çıxış edib.
Qəzetin məlumatına görə, Paşinyan təklifi rədd edib.
“Baş nazir vəzifələrinin müvəqqəti icraçısı Karen Karapetyan və onun adamları gələcək parlament seçkilərində qələbəsinə 200 milyon dollar qiymət qoyublar. Onlar düşünrülər ki, yeni seçkilərin təşkili, seçicilərə rüşvətin paylanması və seçkilərin saxtalaşdırılmasından daha asan yol var: Nikol Paşinyana 200 milyon ödəməklə onun etiraz aksiyalarından imtinasına nail olmaq. Nikol Paşinyan bu sazişdən imtina edib”, - nəşrin xəbərində deyilir.
Qeyd edək ki, Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı aksiyalar aprelin 13-də başlanıb. Müxalifət aprelin 17-də “məxmər inqilab”ının başlandığını elan etdi. Etirazlara baxmayaraq, Ermənistan parlamenti həmin gün Sarkisyanı Nazirlər Kabinetinin başçısı seçib.
Lakin aprelin 23-də Sarkisyan davam edən etiraz aksiyalarının fonunda istefaya gedib.
Müxalifət növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir.
Mənbə:> Publika.az