“Hayastan” fondunun direktoru da tutuldu
Ermənistan Milli Təhlükəsizlik Xidməti ümumerməni xeyriyyə fondu “Hayastan”ın direktoru Ara Vardanyanı həbs edib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, o fondun vəsaitlərini mənimsəməkdə və səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.
Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə Vardanyan faktlar qarşısında qalaraq etiraf edib ki, fondun vəsaitlərini şəxsi məqsədləri üçün, o cümlədən online-kazinolarda stavkalar üçün xərcləyib. Təkcə son bir həftə ərzində Vardanyan fondun kredit kartından istifadə edərək online-kazinonun hesabına 29 min dollar köçürüb. 2016-2018-ci illərdə isə bu məqsədlə 270 min dollar xərcləyib.
“Hayastan” fondu1992-ci ildə Ermənistan prezidenti Levon Ter-Petrosyan tərəfindən yaradılıb. Fond dünya ermənilərini birləşdirən və onlardan Ermənistan, işğal altındakı Qaarbağ üçün yardımlar toplayan vahid platforma kimi nəzərdə tutulub. Hər il “Hayastan” fondu dünya erməniləri arasında telemarafon keçirir və Qarabağ üçün yardımlar toplayır.
Fondun hamilər şurasına Ermənistan prezidenti rəhbərlik edir. 2012-2017-ci illərdə fond 90 milyon dollardan çox yardım dilənib.
Mənbə:> Virtualaz.org