Kirk Kerkoryanın fondu Qarabağ separatçılarına dəstək verməyəcək
“Birləşmiş erməni fondu” təşkilatı Ermənistan və Dağlıq Qarabağda fəaliyyətini dayandırıb.
Oxu.Az-ın News.am-a istinadən xəbərinə görə, buna səbəb fondun əsas sponsoru Kirk Kerkoryanın ölümü sonra “Linsi” fondu fəaliyyətinin dayandırılması olub.
“Birləşmiş erməni fondu” xatırladıb ki, 26 il ərzində ABŞ-dan gələn maliyyə hesabına Ermənistan və Dağlıq Qarabağa 720 milyon dollar məbləğində humanitar yardım göndərilib.
Mənbə:> Oxu.Az