“ABŞ demokratiyası” lazım deyil » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

“ABŞ demokratiyası” lazım deyil

“ABŞ demokratiyası” lazım deyil


Rusiya prokurorları qərargahı Vaşinqtonda yerləşən və ABŞ Konqresi tərəfindən maliyyələşdirilən Milli Demokratiya Fondunu yeni qanuna əsasən Rusiyada fəaliyyəti qadağan olmuş ilk xarici qeyri hökumət təşkilatı elan edib.

ANS PRESS-in məlumatına görə, Rusiyanın Baş Prokurorluq idarəsinin veb səhifəsində yerləşdirilmiş bəyanatda deyilir ki, Milli Demokratiya Fondu Rusiya biznesmenləri və nəzarətində olan qeyri-kommersiya təşkilatlarından seçkilərin nəticələrinin qeyri-legitim elan edilməsi ilə bağlı fəaliyyətlərdə iştirak etmək üçün istifadə edib.

“Fondun işinin əsas məqsədini nəzərə alaraq, prokurorlar onun Rusiyanın konstitusiya quruluşu, ölkənin müdafiə qabiliyyətlər və dövlət təhlükəsizliyinə hədə təşkil etdiyi haqda nəticə çıxarıb” - deyə bəyanatda bildirilir. 1983-cü ildə yaranmış ABŞ-ın Milli Demokratiya Fondu dünyanın 90-dan çox ölkəsində demokratiya naminə QHT-lərin layihələrinə dəstək məqsədilə hər il 1000-dən artıq qrant hazırlayır. Təşkilat Moskva Helsinki Vətəndaş Qrupu da daxil olmaqla Rusiyada insan hüquqları və vətəndaş cəmiyyəti qruplarını maliyyələşdirirdi.

Milli Demokratiya Fondu Rusiyada arzuolunmaz qrup elan edilməsi xəbərinə cavab olaraq bunun Rusiyada vətəndaşların azadlıqlarını məhdudlaşdıran qanunlar silsiləsindən sonuncusu olduğunu bildirib. Milli Demokratiya Fondu dünyanın hər yerində insan hüquqlarına və fundamental azadlıqlara dəstək vermək işinə sadiq qaldığını bəyan edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *