Putin ABŞ-ı yenə narahat etdi
Virtualaz.org saytı “Azadlıq”a istinadən xəbər verir ki, Rusiya prezidenti Putin ölkəsində arzuolunmaz xarici və beynəlxalq təşkilatlarla bağlı qanunu mayın 23-də imzalayıb.
Qanuna görə, dövlət təşkilatı olmayan, konstitusion quruluşa, dövlətin müdafiə və təhlükəsizliyinə təhdid yaradan xarici və beynəlxalq təşkilatlar arzuolunmaz elan oluna bilərlər.
ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf bildirib ki, “ABŞ bu yeni təşəbbüsün Rusiyada vətəndaş cəmiyyətinin fəaliyyətini daha da məhdudlaşdıracağından narahatdır”.
M.Harf əlavə edib ki, bu, Kremlin “müstəqil səsləri boğmaq və rus vətəndaşlarını ətraf dünyadan təcrid etmək üçün” növbəti addımıdır.
Rusiya parlamentinin hər iki palatasında səs çoxluğu ilə qəbul olunmuş bu qanuna görə, arzuolunmaz təşkilatın səlahiyyətlisi üçün yüksək məbləğdə cərimə və ya 6 ilədək həbs cəzası da nəzərdə tutulur.
Mənbə:> Virtualaz.org