İran prezidenti: “ABŞ-ı diz çökdürəcəyik”
Hökumətin qorxacağını, istefa verib və çəkiləcəyini düşünənlər səhv edir. Bunu İran prezidenti Həsən Ruhani bu gün ölkənin icraçı direktorları ilə keçirdiyi görüşdə bildirib.
“Bu gün ABŞ-ın hədələri qarşısında üç çıxış yolumuz var. Birinci yol ABŞ-a təslim olmaq və Trampın dediyi hər bir şeyi qəbul etməkdir. Heç bir ağıllı, vətənini sevən iranlı təzyiqlər, zülm, yersiz sözlər və təhqirlərlə dolu olan bu çıxış yolunu qəbul etməz. İkinci çıxış yolu budur ki, biz ABŞ-a müqavimət göstərək, lakin eyni zamanda ölkə daxilində olan ixtilaf və davalarımızı da davam etdirək. Bu İran xalqı üçün, xüsusi ilə cəmiyyətin yoxsul təbəqəsi üçün ən böyük ziyan vurur. Üçüncü yol isə budur ki, ABŞ-a təslim olmuruq, izzətimizi qoruyuruq və ABŞ-ı diz çökdürürük”.
H.Ruhani qeyd edib ki, bu gün iqtisadiyyata dair 4-5 illik xüsusi proqram hazırlanmalıdır: “Əgər kimsə hökumətin qorxacağını, istefa verəcəyini və geri çəkiləcəyini düşünürsə, səhv edir. İşsizlik problemi, yoxsulluqla mübarizə, bazar və istehsalın tənzimlənməsi üçün bu proqramı icra etməliyik. Bu dörd məsələ əsasdır və onları həll edə bilsək, uğur qazanacağıq”.
Mənbə:> Virtualaz.org