Rəsmi Tehran ABŞ-ı oğru adlandırdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Rəsmi Tehran ABŞ-ı oğru adlandırdı

Rəsmi Tehran ABŞ-ı oğru adlandırdı


ABŞ İranın 2 milyard dollarlıq varidatını müsadirə edib. ANS PRESS-in məlumatına görə, İran prezidenti Həsən Ruhani İran Mərkəzi Bankının ABŞ-dakı dondurulmuş varidatını təzminat adıyla müsadirə etməsini oğurluq adlandırıb.

“Oğru etdiyi əməlinin qarşılığını almayacağını düşünürsə yanılır”-deyə Həsən Ruhani baş verənlərə münasibət bildirərkən deyib.

Nazirlər Kabinetinin toplantısında çıxış edən Ruhani ABŞ Ali Məhkəməsinin müxtəlif terror hücumlarında həyatını itirənlərin ailələrinə verilməsi üçün İranın ABŞ-dakı 2 milyard dollar dəyərindəki malvarlığını müsadirə etməsini açıq-aşkar oğurluq və böyük hüquqi qalmaqal adlandırıb.

“İran xalqının malvarlığı yağmalana bilməz. Bu açıq aşkar oğurluqdur. Oğru etdiyi əməlin cəzasız qalacağını düşünürsə yanılır”- deyə Həsən Ruhani bildirib.

“Dünyanın başqa bir ölkəsində bir məhkəmə yaxud da o ölkənin qanunvericilik orqanının başqa bir ölkənin malvarlığı ilə bağlı qərar qəbul etməsi, beynəlxalq hüquqa zidd bir quldurluqdur”-deyən Həsən Ruhani ABŞ-a xəbərdarlıq edib:” Bu çətinliklərini görmədən uda biləcyiniz bir tikə deyil”-deyə vurğulayıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *