Ruhani Avstriyaya səfərini təxirə saldı
İran prezidenti Həsən Ruhani Avstriyaya 2 günlük səfərini təhlükəsizlik baxımından qeyri-müəyyən müddətə təxirə salıb.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, Ruhani Vyanaya martın 29 axşam saatlarında gəlməli idi.
Avstriyadan əvvəl Həsən Ruhani Bağdada səfər etməli idi. Lakin bu səfərin də təxirə salındığı qeyd olunur.
Avstriya prezidenti Haynts Fişer İran prezidentinin Vyanaya səfərini təxirə salması ilə bağlı təəssüfləndiyini bildirib.
Mənbə:> Oxu.Az