Gümrü atışmasının səbəbi
Martın 7-də axşam vaxtı Ermənistanın Gümrü şəhərində baş verən atışmanın səbəbi bəlli olub. ANS PRESS-in məlumatına görə, hadisənin kökləri bir il əvvələ gedib çıxır.
Təxminən bir il əvvəl atışmanın əsas iştirakçıları Kazaryanlarla Qukasyanlar bir toya dəvət ediliblər. Burada onlar arasında münaqişə olub və Aşot Qukasyanın gözünə vurublar. Bundan təxminən bir il sonra isə Kazaryanlar Qukasyanlarla "hesablaşmağa" gediblər. Atışma baş verən gün hər iki tərəf öz tanışlarını və başqa qohumlarını da münaqişəyə cəlb ediblər.
Hal-hazırda hadisə ilə əlaqədar 5 nəfərə qarşı ittiham irəli sürülüb. İttiham edilənlərin 4-ü kazaryanlardan, 1-i isə qukasyanlardandır. Bundan başqa axtarışda olanlar da var.
Xatırladaq ki, bu il martın 7-dən 8-ə keçən gecə Ermənistanın Gümrü şəhərində atışma olub. Nəticədə 6 nəfər yaralanıb. İki nəfər güllə yaralası və dörd nəfər sancılmış-kəsilmiş yaralarla xəstəxanaya aparılıb. Ağır vəziyyətdə olan üç yaralı İrəvana aparılıb.
Mənbə:> ANSPRESS