Çexiyada restoranda atışma: 9 nəfər öldürüldü
Çex Respublikasının şərqində Uherski Brod şəhərində fevralın 24-də baş verən atışmada azı 9 nəfərin öldürüldüyü bildirilir.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, silahlı adam Uherski Brod şəhərində bara girərək atəş açmağa başlayıb. Yerli media onun 8 nəfəri öldürdüyünü, polisin isə hücum edən şəxsi güllələdiyini bildirir.
Rəsmilər hücum edənin ruhi əsəb xəstəsi olduğunu guman edirlər. Amma hadisənin motivləri haqqında hələlik ətraflı məlumat yoxdur.
Uherski Brod paytaxt Praqanın 300, Slovakiya sərhəddinin isə 15 kilometrliyində yerləşir.
Mənbə:> Oxu.Az