Avropada Azərbaycanı müdafiə etməyə səslədilər
Yan Zahradil
Avropa Parlamentinin beynəlxalq ticarət üzrə komitəsinin (İNTA) sədr müavini və Avropada Konservatorlar və İslahatçılar İttifaqının (ACRE) prezidenti Yan Zahradil “Euractiv” nəşrində dərc etdirdiyi məqalədə Avropanı Azərbaycanı müdafiə etməyə və dəstəkləməyə çağırıb.
Virtualaz.org xəbər verir ki, onun fikrincə, Aİ ilə Azərbaycan arasında münasibətlər Bakını məcbur edib ki, Avropa İttifaqının sabit və etibarlı tərəfdaş olmadığı barədə düşünsün. Lakin bu keçmişdə qalıb: “Azərbaycan Aİ-nin dəstəyinə layiqdir, xüsusilə Rusiya və İranla artan gərginlik nəzərə alınarsa”.
Yan Zahradil qeyd edir ki, Azərbaycanın geosiyasi mövqeyi çox incədir: “...Azərbaycanı Aİ-nin maraq dairəsindən silsək, bu Rusiyanın daha bir qələbəsi olacaq”.
“İranla münasibətlər də sadə deyil. Hazırda İranda 30 milyona yaxın etnik azərbaycanlı yaşayır, lakin onlar ana dilindən istifadə də daxil olmaqla, əsas insan hüquqlarından məşhur ediliblər.
İrana münasibətdə Azərbaycanın siyasəti ciddi şəkildə neytraldır və onlar İranın daxili işlərinə qarışmamağa üstünlük verirlər”, - avropalı siyasətçi bildirib.
Yan Zahradil hesab edir ki, İran ölkənin ənənəvi islam həyat tərzini qəbul etməsi üçün Azərbaycana təsir etməyə cəhd göstərəcək.
“Qərb, o cümlədən Aİ diqqət yetirməlidir ki, Azərbaycan kübar müsəlman milləti statusunda müsbət nümunəsini qoruyub saxlaya bilsin”, – məqalə müəllifi yazıb.
Mənbə:> Virtualaz.org