Polşa prezidenti İtaliyanı Avropa əleyhinə hərəkətlərdə ittiham etdi
Polşa prezidenti Ancey Duda ümid etdiyini bildirib ki, İtaliyanın Avropa əleyhinə planları həyata keçməyəcək.
RİA “Novosti” xəbər verir ki, Duda bununla bağlı deyib: “Ümid edirik ki, Avropa İttifaqına qarşı yönəlmiş planlar həyata keçməyəcək, çünki bu Aİ-yə zərbə olardı”.
Eyni zamanda, Polşa dövlət başçısı qeyd edib ki, “istisna olnmur ki, İtaliya Avropa İttifaqından çıxmaq istəsəydi, bu Aİ üçün təhlükəli olardı, xüsusilə “Breksit”dən sonra”.
Xatırladaq ki, İtaliyanın baş naziri Cuzeppe Konte bəyan edib ki, İtaliya hökuməti Rusiyaya qarşı sanksiyaların ləğvi istiqamətində fəaliyyətə başlayacaq.
Mənbə:> RİA Novosti