Polşa prezidenti qəzaya düşdü » AzNews.info -Xəbər portalı

Polşa prezidenti qəzaya düşdü – VİDEO

Polşa prezidenti qəzaya düşdü


Polşa prezidenti Anjey Dudanın avtomobili ölkənin cənubunda iri avtomobil magistralında yoldan çıxıb.

Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir.

“Maşın yoldan çıxıb, amma heç kim xəsarət almayıb”, - dövlət başçısı TVN24 telekanalının efirində deyib.

Onun sözlərinə görə, “nəzəri olaraq bu hadisə baş verməli deyildi”.

Qeyd edilir ki, hadisə BMW maşınının təkərlərindən birinin deşilməsi ucbatından baş verə bilərdi.

Polşa DİN rəhbəri BMW-ni müntəzəm olaraq yoxlanıldığını bildirib.

“Maşın bir neçə il istifadə edilib, bu, baş verməli deyildi, amma oldu”, - o, TVN24 telekanalının efirində bildirib.

Polşa polisi hadisəni araşdırır. Yolun qalan hissəsini Duda başqa avtomobildə davam etdirib.



Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *