“Qazprom” səhmlərin 20%-ni də Ermənistanla birgə şirkətə güzəştə gedib
“Qazprom Armeniya”nın nizamnamə kapitalındakı payı 80 faizdən 100 faizə çatıb. Ermənistan KİV-inə istinadən xəbər verir ki, əvvəllər şirkətin payının 20 faizi Rusiyanın dövlət “Qazprom” şirkətinə məxsus olub.
İndi isə “Qazprom” şirkəti həmin 20 faizlik payı da “Qazprom Armeniya”ya vermək qərarına gəlib. Rusiya hökuməti şirkətin bu qərarını təsdiqləyib.
“Qazprom Armeniya” bundan sonra Rusiyadan Ermənistanın daxili bazarına təbii qazı təkbaşına nəql etmək hüququ var. Başqa sözlə, “Qazprom Armeniya”nın Ermənistanın daxili bazarında inhisarçı olmaq hüququ tanınıb.
Qeyd edək ki, 2013-cü ildə “Qazprom”la “Qazprom Armeniya” arasında 2014-2018-ci illərdə Ermənistana 2,5 milyard kubmetr təbii qazın tədürük edilməsinə dair müqavilə imzalanıb. 2016-cı ilin aprelində isə tərəflər müqaviləyə əlavəni imzalayıblar.
Xatırladaq ki, Rusiya təbii qazın min kub metrini Ermənsitana 150 dollar satır.
Mənbə:> Virtualaz.org