​"AzMeCo" və "Qazprom" arasında müqavilə imzalanıb » AzNews.info -Xəbər portalı

​"AzMeCo" və "Qazprom" arasında müqavilə imzalanıb – FOTO (YENİLƏNİB)

​"AzMeCo" və "Qazprom" arasında müqavilə imzalanıb


Bu gün Bakıda "AzMeCo" (Azərbaycan Metanol Zavodu) ilə Rusiyanın "Qazprom eksport" şirkətləri arasında müqavilə imzalanıb.

"Report" xəbər verir ki, müqaviləni "AzMeCo" şirkəti Direktorlar Şurasının sədri Nizami Piriyev və "Qazprom eksport" şirkətinin baş direktoru Yelena Burmistrova imzalayıblar.

Müqaviləyə görə, "Qazprom" ildə 2 mlrd. kubmetrə qədər təbii qazı "AzMeCo" şirkətinə satacaq. Bu həcmdə qazla "AzMeCo"nun Qaradağda yerləşən metanol zavodunun qaza olan tələbatı 100% təmin ediləcək.

***

"Qazprom"un qaz nəqlinə yaxın vaxtlarda başlayacağı gözlənilir.
Qeyd edək ki, illik istehsal gücü 720 min ton metanol olan "AzMeCo"nun əsası 2007-ci ildə qoyulub və 2013-cü ilin dekabrında zavodda ilkin metanol istehsalına başlanılıb. Bu günə qədər "AzMeCo" 193 min ton məhsul istehsal edib, o cümlədən, 191 min ton metanol satışı həyata keçirilib. Nəticədə Azərbaycan 17 Avropa ölkəsi, İsrail və Türkiyə bazarlarında reallaşdırılan metanol satışı ilə 44,5 mln. manat məbləğində gəlir əldə edib.

​"AzMeCo" və "Qazprom" arasında müqavilə imzalanıb
​"AzMeCo" və "Qazprom" arasında müqavilə imzalanıb
​"AzMeCo" və "Qazprom" arasında müqavilə imzalanıb
​"AzMeCo" və "Qazprom" arasında müqavilə imzalanıb
​"AzMeCo" və "Qazprom" arasında müqavilə imzalanıb
​"AzMeCo" və "Qazprom" arasında müqavilə imzalanıb

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *