"Qazprom" Azərbaycana bir neçə milyard kubmetr qaz verə bilər
Rusiyanın "Qazprom" şirkəti Azərbaycana il ərzində bir neçə milyard kubmetr qaz tədarük edə bilər.
"RİA Novosti"nin verdiyi məlumata görə, bunu şirkətin rəhbəri Aleksey Miller deyib.
Bundan əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bəzi KİV-lərdə respublikada qaz çatışmazlığı və onun Rusiyadan mümkün idxalı barədə yayılan məlumatları şərh edərkən "Trend"ə bildirmişdi ki, Azərbaycanın sənaye sektorunun, elektrik stansiyalarının və istehlakçıların təmin edilməsi daxil olmaqla, daxildə, o cümlədən Naxçıvan Muxtar Respublikasında ehtiyacları tam qarşılamaq üçün kifayət qədər qaz ehtiyatları var.
Mənbə:> Virtualaz.org