Kim Çen Inın emissarı Nyu-Yorkda
Koreya Xalq Demokratik Respublikasının (KXDR) Əmək partiyasının vahid cəbhə şöbəsinin müdiri Kim Yon Çxol ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında görüşün hazırlanması üçün Nyu-Yorka gəlib.
Kim Yon Çxol ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə ABŞ və KXDR liderlərinin görüşünün təfərrüatlarını müzakirə edəcək.
Qeyd edək ki, Kim Yon Çxol 2000-ci ildən ABŞ-a səfər edən ən yüksək vəzifəli KXDR nümayəndəsi olub.
Xatırqladaq ki, ABŞ və KXDR liderləri arasında görüş iyunun 12-si Sinqapurda baş tuta bilər.
Mənbə:> Virtualaz.org