Çavuşoğlu lirənin kəskin ucuzlaşmasına görə Türkiyənin düşmənlərini ittiham etdi
2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhd zamanı uğura nail ola bilməyən Türkiyə düşmənləri, öz məkrli məqsədlərinə Türk lirəsinin kursunu aşağı salmaqla müvəffəq olmağa çalışırlar.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyən XİN-in rəhbəri Mövlud Çavuşoğlu deyib.
“Valyuta məzənnəsindəki dəyişkənliklərin arxasında Türkiyə dövləti və Türkiyənin lideri Rəcəb Tayyib Ərdoğanın düşmənləri durur. Bu qüvvələr Ankaranın iradəsini sındırmağa çalışırlar. 2016-cı ilin iyul ayında nail ola bilmədiklərinə, iqtisadi rıçaqlar vasitəsi ilə nail olmaq istəyirlər”, - deyə nazir vurğulayıb.
Habelə Çavuşoğlu əmin edib ki, valyuta bazarlarındakı manipulyasiyalar Türkiyənin inkişafında durğunluq yarada bilməyəcək.
Qeyd edək ki, çərşənbə günü türk lirəsinin məzənnəsi tarixi minimuma düşərək, dollara nisbətdə 4,93 lirə olub.
Mənbə:> Virtualaz.org