Mövlud Çavuşoğlu Rusiyaya səfər edəcək
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Soçi şəhərində keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) tədbirində iştirak edəcək.
AzNews.info APA-ya istinadən xəbər verir ki, QDİƏT tədbiri iyulun 1-də baş tutacaq.
Bundan əvvəl Rusiya tərəfi Türkiyənin tədbirdə iştirak etmək üçün dəvət etdiyini bildirib.
Mənbə:> APA