İstefadan sonra Sarkisyan ilk dəfə adam arasına çıxdı
Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyan aprelin 23-də istefa verməsindən sonra ilk dəfə adam arasına çıxıb.
“Sputnik” xəbər verir ki, eks-prezident Ermənistanın qətlə yetirilmiş baş naziri Vazgen Sarkisyanın anasının dəfnində iştirak edib.
Serj Sarkisyanı Ermənistan Futbol Federasiyasının sədri Ruben Ayrapetyan və Ararat vilayətinin qubernatoru Aramais Qriqoryan müşayiət ediblər.
Mənbə:> Sputnik