Belarusun rabitə və informasiya naziri Bakıya gələcək
Belarus Respublikasının rabitə və informasiya naziri Sergey Popkov martın 30-dan aprelin 2-dək Bakıda səfərdə olacaq.
Bu barədə Oxu.Az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, S.Popkovun Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşü nəzərdə tutulub.
Mənbə:> Oxu.Az