Sarkisyan Paşinyanla görüşdü və…
Ermənistan prezidenti Armen Sarksiyan baş nazir kimi ilk dəfə Nikol Paşinyanı qəbul edib.
Virtualaz.org bildirir ki, bu barədə Ermənistan prezidentinin Mətbuat xidməti məlumat yayıb.
Ermənistan prezidenti Nikol Paşinyanın baş nazir vəzifəsinə təsdiqlənməsi ilə bağlı sərəncam imzalayıb.
O, hökumətin rəhbəri seçilməsi münasibətilə N. Paşinyanı təbrik edərək deyib: “Hökuməti mümkün qədər tez formalaşdırmanızı və dövlətimizin, hakimiyyətin, xalqımızın və bütün ölkənin- Ermənistan Respublikasının qarşısında duran vəzifələri həll etməyə başlamağınızı diləyirəm”.
Mənbə:> Virtualaz.org