Paşinyan tərəfdarlarını yenidən kütləvi aksiyalara çağırdı
Erməni etiraz hərəkatının lideri Nikol Paşinyan öz tərəfdarlarını, parlamentin 8 mayda onu hökumət başçısı seçməyəcəyi təqdirdə kütləvi vətəndaş itaətsizliyi aksiyalarına hazır olmağa çağırıb.
Virtualaz.org bildirir ki, bu barədə “İnterfaks” xəbər yayıb.
"Biz seçilmə faktını qeyd etməyincə, sakit ola bilmərik. Ayrı-ayrı müxalif güclərin seçki prosesinə mümkün müdaxiləsi ilə bağlı aktivləşməsi barədə müxtəlif informasiyalar gəlir. Biz bütün bunları yoxlayırıq. Əksinqilab yatmır", - deyə Paşinyan öz “feysbuk” səhifəsində-birbaşa yayımda bəyan edib.
Onun sözlərinə görə, səsvermə prosesini pozmaq üçün istənilən cəhd "onların təşkilatçıları üçün siyasi ölümə çevriləcək".
Mənbə:> Virtualaz.org