Rus deputat Azərbaycanı hədələdi: bunu Bakı da bilməlidir
Rusiya çətin anda Ermənistdan uzaqlaşmayacaq.
TopXeber.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının MDB və həmvətənlərlə işlər üzrə komitəsinin sədr müavini Konstantin Zatulin İrəvanda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiya xüsusilə Ermənistanda siyasi etirazlar fonunda Qarabağda “hərbi revanş cəhdlərinə” qarşı çıxır: “Bizim burada iştirakımız və Rusiya Prezidenti Vladimir Putinin ermənistanlı həmkarı Armen Sarkisyanla, Baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyanla danışıqları göstərir ki, Rusiya çətin anda Ermənistandan üz çevirməyəcək”.
K. Zatulin qeyd edib ki, bunu təkcə Ermənistanda deyil, həm də Azərbaycanda bilməlidirlər.
Mənbə:> TopXeber.Az