Ermənistanda ara qarışdı – CANLI YAYIM
İrəvanda müxalifət tərəfdarları yenidən yürüşə başlayıblar. Nümayişçilər mərkəzi küçələri bağlayıblar.
Yürüşün əsas iştirakçıları tələbələrdir, irəlidə ağ xalatlı mitinqçilər gedir.
Aksiya iştirakçıları Ermənistan Respublika Partiyasının əleyhinə şüarlar səsləndirirlər.
Yüzlərlə müxalifətçi piyada keçidlərində duraraq avtomobillərin yolunu bağlayırlar. Bundan əlavə meydanının ətrafındakı mərkəzi küçələr bağlanıb.
Yerevanın mərkəzi hissəsində az sayda polis var, onlar etirazçılara mane olmurlar.
Nümayişçilər yürüşü Fransa meydanında bitirmək niyyətindədirlər. Ora müxalifət lideri Nikol Paşinyan da gələcək. Müxalifətçilər saat 19:00-da Respublika meydanına gedərək orada mitinq keçirəməyi planlaşdırırlar.
Mənbə:> Birxeber.az