Yerevanda nümayişçilər müdafiə nazirinin maşın karvanını mühasirəyə aldı
Yerevanda müxalifətçi Nikol Paşinyanın tərəfdarları Ermənistanın müdafiə naziri Viqen Sarkisyanın maşın karvanının keçdiyi yolu bağlayıb, mühasirəyə alıb və onun getməsinə mane olublar.
Bu barədə RİA Novosti Ermənistanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən bildirilib ki, aksiya iştirakçıları avtomobillərə ziyan vurub, onları döyəcləyərək əziblər. Cavabında nazirin mühafizəçiləri güc tətbiq etməli olublar.
Mənbə:> RİA Novosti