Etiraz dalğası Ermənistanın daha bir şəhərinə yol tapdı
Ermənistanın Eçmiadzin şəhərində yüzlərlə müxalifət tərəfdarı küçələrə axışıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan KİV-də məlumat yayılıb.
Mərkəzi küçələri bağlayan etirazçılar hökumət əleyhinə müxtəlif şüarlar səsləndirir, sakinləri aksiyaya qoşulmağa çağırır.
“Eçmiadzin polisi vəziyyətə nəzarət edir. Nümayişçiləri ictimai asayışı pozmamağa, aksiyanı qanun çərçivəsində keçirməyə çağırırıq”, -deyə polis idarəsinin bəyanatında deyilir.
Paralel olaraq Gümrü və Vanadzor şəhərlərində də Sarkisyanın baş nazir təyin olunmasına qarşı aksiyalar keçirilir. Toqquşmaların və ya saxlanılanların olmadığı bildirilir.
Mənbə:> Oxu.Az