Çində yüzlərlə insan küçələrə büstqalterdə çıxdı
Çində polisi sinəsi ilə itələyən qadına çıxarılan hökmə qarşı yüzlərlə insan büstqalter geyinərək etiraz aksiyası keçiriblər.
Oxu.Az The South China Morning Post-a istinadən xəbər verir ki, aksiya Honk-Konqun Vançay rayonunda keçirilib.
Etirazçılar “sinə silah deyil” şuarı altında nümayiş təşkil ediblər.
Aksiyanın qanunsuz olmasına baxmayaraq, nümayiş insidentsiz keçirilib. Sonda aksiya iştirakçıları polisə ictimai ərizə təqdim ediblər.
Qeyd edək ki, polisi sinəsi ilə itələyən qadının məhkəməsi iyulun sonunda keçirilib. O törətdiyi əmələ görə 3,5 ay müddətinə azadlıqdan məhrum edilib.
Mənbə:> Oxu.Az