Qazaxıstan ABŞ hərbçilərini Xəzərə buraxdı
Qazaxıstan senatı Xəzər dənizindəki Aktau və Kurık limanlarından Amerika hərbi yükünün Əfqanıstana daşınması məqsədilə ABŞ-ın istifadə etməsinə icazə verən sazişi ratifikasiya edib.
Virtualaz.org bildirir ki, bu barədə “Vestnik Kafkaza” məlumat yayıb.
Məlumata görə, Qazaxıstan marşrutu, ABŞ-ın təchizat xəttinin keçdiyi Pakistanda vəziyyətin qeyri-sabit olması ilə əlaqədar seçilib.
Bu barədə müvafiq protokol hələ 21 sentyabr 2017-ci ildə Nyu-Yorkda imzalanıb. Aktau limanından yüklərin daşınması üçün tranzit məntəqə qismində istifadə ilə bağlı ABŞ və Qazaxıstan hökumətləri arasında danışıqlar isə 2013-cü ildən aparılıb.
Mənbə:> Virtualaz.org