Ankara: ABŞ bizim bazadan istifadə etməyib
Suriyaya zərbələrin endirilməsində Türkiyənin İncirlik hava bazasından istifadə olunmayıb.
Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bu bəyanatı Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ səsləndirib.
Bozdağ Qərb dövlətlərini Suriya ilə bağlı problemin siyasi həlli yolunu tapmağa, güc tətbiq etməyə çağırıb. Baş nazir müavini bunun vəziyyətin daha da gərginləşməməsi üçün vacib şərt olduğunu hesab edir.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silahın tətbiq olunmasına cavab olaraq Suriya ərazisinə raket zərbələrinin endirilməsinə göstəriş verib. Hərbi müdaxiləyə Britaniya və Fransa da qoşulub.
Mənbə:> Oxu.Az