Kreml Rusiya və ABŞ hərbçiləri arasında rabitə kanalı barədə
"Rusiya ABŞ-ın Suriya ilə bağlı bəyanatlarını diqqətlə izləyir". Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
"Rusiya Vaşinqtondan gələn bəyanatları diqqətlə izləyir. Əvvəlki kimi hesab edirik ki, Suriyada gərginliyin artmasına səbəb olacaq hansısa addımlardan qaçmaq lazımdır. Hesab edirik ki, bu, Suriyamünaqişəsinin nizamlanması ilə bağlı bütün prosesə destruktiv təsir edə bilər", - deyə D. Peskov Suriyada mümkün hərbi əməliyyatların qarşısını almaqla bağlı Rusiyanın planının olub-olmaması haqda suala cavabında bildirib.
Kreml sözçüsü Rusiya və ABŞ arasında hərbi kanalın fəaliyyəti ilə bağlı sualı da cavablandırıb: "Rusiya və ABŞ-ın hərbçiləri arasında əlaqə kanalı var və bu xətt aktiv vəziyyətdədir. Hər iki tərəf bu kanaldan istifadə edir".
Mənbə:> Virtualaz.org