Ərdoğanın istefa çağırışına Rusiya cavab verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Ərdoğanın istefa çağırışına Rusiya cavab verdi

Ərdoğanın istefa çağırışına Rusiya cavab verdi


Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın Fransanın paytaxtından Rusiya prezidenti Vladimr Putinə qarşı səsləndirdiyi istefa çağırışına rəsmi Moskva cavab verdi. ANS PRESS-in məlumatına görə, Ərdoğanın çağırışını Kremlin sözçüsü Dmitri Peskov cavablandırıb. Peskov əllərində olan məlumatlardan terrorla mübarizədə istifadə etdiklərini deyib.

“Mövcud vəziyyətdə əsas olan bu məlumatlara sahib olmaq və onlardan nəyisə sübut etmək üçün yox, terrorla mübarizədə istifadə etməkdir. Bu məlumatlardan terrorla mübarizədə istifadə edirik.” – deyə Peskov bildirib.

Rusiyanın prezidenti Vladimr Putin Parisdə keçirilən iqlim sammitindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada Türkiyə barədə bəzi iddialar səsləndirmişdi. Türkiyənin İŞİD terror qruplaşmasından neft aldığını deyən Putin bununla bağlın əlində yeni sübutlar olduğunu iddia etmişdi.

Putinə cavab verən Ərdoğan, iddialar sübuta yetiriləcəyi təqdirdə tutduğu vəzifədən istefa verəcəyini demiş və əks təqdirdə rus həmkarının analoji addımı atıb-atmayacağını soruşmuşdu.

Noyabrın 24-də Türkiyə hərbi aviasiyasına aid “F-16” qırıcıları bu ölkənin Suriya ilə sərhəddində Rusiyanın “SU-24” hərbi qırıcısını vurub. Rusiya təyyarəsinin Türkiyənin hava sərhəddini pozduğu bildirilir. Qarşı tərəfə 30 saniyəlik intervalla 10 dəfə xəbərdarlıq olunmasına baxmayaraq “SU-24”ün pilotu bunlara məhəl qoymayıb. Bu hadisədən sonra iki ölkə arasında gərginlik yaranıb. Hər iki ölkənin prezidenti və dövlət rəsmiləri hadisədən sonra bir-birlərinə qarşı kəskin ittihamlarla çıxış edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *