Putinin mətbuat katibi: “Rusiya Twitter diplomatiyası ilə məşğul olmur”
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın “Twitter”də Suriyaya mümkün zərbə ilə bağlı yazdıqlarını şərh edib.
RİA “Novosti” xəbər verir ki, Peskov bildirib: “Biz “Twitter” diplomatiyasının üzvləri deyilik. Əvvəlki kimi hesab edirik ki, ziyan verə biləcək və onsuz da kövrək vəziyyəti korlaya biləcək addımlardan çəkinmək lazımdır”.
Bundan öncə ABŞ prezidenti özünün “Twitter” mikrobloqunda Rusiyanı Suriyaya endiriləcək zərbələrə hazırlaşmağa çağırmışdı.
Mənbə:> RİA Novosti