Səfir: “Rusiya ABŞ raketlərini vuracaq”
Rusiyanın Livandakı səfiri Aleksandr Zasıpkin bildirib ki, ABŞ Suriyaya hərbi müdaxilə edərsə, Rusiya bütün raketləri vuracaq.
Virtualaz.org RİA “Novosti”yə istinadən xəbər verir ki, səfir bunu Livanın “Əl-Manar” telekanalına müsahibəsində deyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Suriya ilə bağlı kritik qərarın 48 saat ərzində qəbul ediləcəyini bildirmişdi. Həmin vaxt bu gün axşam (Bakı vaxtı ilə) başa çatır.
Mənbə:> Virtualaz.org