Trampla Putin nə barədə danışıblar? » AzNews.info -Xəbər portalı

Bölmə: Manşet, Siyasət

Trampla Putin nə barədə danışıblar? – YENİLƏNİB

Trampla Putin nə barədə danışıblar?

Rusiya prezidenti Vladimir Putin şənbə günü axşam ABŞ prezidenti Donald Trampla keçirdiyi telefon danışıqlarında Suriya və Ukraynadakı münaqişələri, həmçinin şəxsi görüşün keçirilməsi imkanı barədə fikirləri ilə bölüşüblər. Virtualaz.oeg xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Aktual beynəlxalq problemlər, o cümlədən terrorçuluqla mübarizə, Yaxın Şərqdə işlərin vəziyyəti, ərəb-İsrail münaqişəsi, strateji sabitlik və silahların yayılmaması, İranın nüvə proqramı ətrafında vəziyyəti və Koreya yarımadasındakı durumu müzakirə olunub. Ukraynadakı böhranın əsas aspektlərinə də toxunulub. Bu və digər məsələlər üzrə tərəfdaş əməkdaşlığının yaradılması razılaşdırılıb”, - məlumatda deyilir.

İki ölkənin liderləri prioritet məsələ kimi beynəlxalq terrorçuluqla mübarizənin zəruriliyini qeyd ediblər və Rusiya ilə Amerika hərbçilərinin İŞİD-in və Suriyada fəaliyyət göstərən digər terrorçu qruplaşmaların darmadağın edilməsi məqsədilə koordunasiyalarının yaradılması barədə razılığa gəliblər.

* * *22:16

ABŞ və Rusiya prezidentlərinin telefon söhbəti başa çatıb.

Virtualaz.org “Reuters”ə istinadən xəbər verir ki, Donald Trampla Vladimir Putinin danışıqları 45 dəqiqə davam edib.

Bu, Donald Trampın prezident vəzifələrini icra etməyə başladığı gündən sonra Rusiya dövlət başçısı ilə telefon söhbəti olub.

* * *21:49

Bu dəqiqələrdə ABŞ prezidenti Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında kritik telefon danışıqları gedir.

Virtualaz.org xəbər verir ki, telefon danışıqları Bakı vaxtı ilə saat 21-də başlayıb. Donald Tramp Oval ofisdə vitse-prezident Maykl Pensin və öz müşavirlərinin müşaiyəti ilə telefon danışıqlarını aparır. Telefon danışıqlarına dair məlumatı və fotonu Ağ evin mətbuat katibi Şon Spayser Tvitterdə yayıb. Rusiya tərəfdən isə telefon danışıqlarını Putin tək özü aparır.

Bu haqda Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Trampla Putin nə barədə danışıblar?


Gözlənilir ki, tərəflər telefon danışıqlarının nəticəsinə dair rəsmi məlumatla çıxış edəcəklər. Bu, Trampın prezident kimi Putinlə ilk telefon danışığıdır. Onların arasında ilk telefon danışığı noyabrın 14-də, seçkilərdən sonra baş tutub. Tramp həm seçkiqabağı kampaniya dövründə, həm prezident seçiləndən sonra dəfələrlə Putinə şəxsi simpatiyasını ifadə edib, Rusiyanın maraqları ilə uzalaşan bəyanatlar verib. ABŞ xüsusi xidmət orqanları Rusiyanın Amerika seçkilərinə Trampın xeyrinə müdaxilə etdiyini bildirir.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *