Britaniya qoşunları da döyüş hazırlığı vəziyyətinə gətirildi
Böyük Britaniya hərbi komandanlığı Kipr adasına dislokasiya olunmuş hərbi qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirib.
Türkiyə KİV-i xəbər verir ki, Britaniya Suriyaya zərbələr endirməyə hazırlaşır.
Qeyd edək ki, Dumada dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə olunması ilə bağlı xəbərin yayılmasından sonra bir sıra Qərb dövlətləri Əsəd ordusuna qarşı hərbi müdaxilə ilə hədələyib.
Yaxın 24 saat ərzində ABŞ, Fransa və Britaniya Suriya qoşunlarının mövqelərini bombalaya bilər.
Mənbə:> Virtualaz.org