Ermənistanın yeni prezidenti Qarabağda sülhə hazırdır RUSİYAYA ÜMİD EDİR
Bu gün vəzifələrinin icrasına başlamış Ermənistanın yeni prezidenti Armen Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın rolunu vacib sayır.
Virtualaz.org TASS-a istinadən xəbər verir ki, öz müsahibəsində prezident bildirib: “Artıq 25 ildən çoxdur ki, münaqişənin təınzimlənməsi üzrə danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində həmsədr ölkələr - Rusiya, ABŞ və Fransanın təklif etdikləri prinsiplər əsasında aparılır. Rusiya bu məsələdə həlledici rola malikdir”.
Arkisyan vurğulayb ki, “23 il bundan öncə Qarabağda üçtərəfli atəşkəs məhz Rusiyanın vasitəçiliyi sayəsində əldə olunub”: “Aydındır ki, problemin tənzimlənməsi üçün sülhə və anlaşmaya gəlməyə siyasi iradə olmalıdır”.
Prezident qeyd edib ki, “son nəticədə bütün regional münaqişələr həllini tapır, bunlar dəf ediləndir”: “Tarix bundan daha qəddar və dramatik münaqişələr görüb”.
Mənbə:> Virtualaz.org