"Nə qədər ki, Qarabağda Rusiya bayrağı ucaldılmayıb..." » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

"Nə qədər ki, Qarabağda Rusiya bayrağı ucaldılmayıb..."

"Nə qədər ki, Qarabağda Rusiya bayrağı ucaldılmayıb..."


Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski Moskvada keçirilən 1 May mitinqində növbəti dəfə Ermənistan-Azərbaycan münaqişəsinə və Qarabağda aprelin əvvəlindəki dörd günlük müharibə mövzusuna toxunub.

AzNews.info-nun haqqın.az-a istinadla verdiyi məlumata görə, Jirinovski deyib ki, Qarabağda hərbi əməliyyatlar hələ qurtarmayıb. "O davam edir və bundan sonra da davam edəcək”.

RLDP liderinin fikrincə, münaqişənin həllinin yeganə yolu Rusiyanın regionda təmsil olunması və Rusiya bayrağının Qarabağda ucaldılmasıdır: “Nə qədər ki Qafqaz və Zaqafqaziya üzərində Rusiya bayrağı dalğalanmır, orada heç vaxt sülh olmayacaq”.

Rusiyanın Liberal-Demokratik Partiyasının lideri cəbhədə vəziyyət gərginləşən zaman da oxşar bəyanatla çıxış etmişdi. "Sovet hakimiyyəti qurulan kimi münaqişələr başladı. Əgər Sovet hakimiyyəti çar Rusiyasının ərazi bölgüsünü dəyişdirməyə başlamasaydı, onda Qarabağda münaqişə olmazdı.

Bu münaqişəni nə Minsk qrupu, nə fransızlar, nə də amerikalılar həll edə bilməyəcək. Problemin həllində son qəti qərarı ancaq Rusiya prezidenti verə bilər".

Jirinovski hətta daha irəli gedərək Ermənistana və Azərbaycana Rusiya tərkibinə qayıtmağı da məsləhət görüb. O deyib ki, əgər belə olmasa, onlar hələ min il də savaşacaqlar.

Bundan başqa o, Qarabağdakı hadisələrin yeni dünya müharibəsinə səbəb ola biləcəyini də istisna etmədiyini deyib.

Mənbə: Haqqın.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *