Lavrov Qarabağ üzrə yeni ideya haqda danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Lavrov Qarabağ üzrə yeni ideya haqda danışdı

Lavrov Qarabağ üzrə yeni ideya haqda danışdı

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri problemin həlli istiqamətində danışıqlarda irəliləyiş əldə etmək üçün bir-birinə qarşı etibarsızlıqdan imtına etməlidirlər.

RİA Novosti-nin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir qeyd edib ki, danişiqlar zamanı, həmçinin 2011-ci il Kazan sammitinin nəticələrindən də istifadə olunmalıdır.

“Ən əsası, danışıqlar zamanı hərdən hələ də ortaya çıxan etibarsızlıqdan çəkinməkdir, diqqəti kifayət qədər realist və praqmatik olan ideyalar üzərində cəmləşdirməkdir”, - deyə Lavrov erməni telekanallarının suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu ideyaları “kağız üzərində əks etdirmək lazımdır”.

Lavrov bildirib ki, 2011-ci ildə baş tutan Kazan sammitinə hazırlıq intensiv gedirdi, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında da: “Lakin sammit zamanı əlavə suallar və şərhlər ortaya çıxdı. Biz bundan xüsusi bir faciə yaratmırıq. İşlər davam etdiriləcək. Əminəm ki, “Kazan sənədi” adlandırılan sənəddə olan çox şeyə hələ də tələbat var.”

Mənbə: RİA Novosti
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *