Azərbaycanda “sarı inqilab” baş tutmadı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Azərbaycanda “sarı inqilab” baş tutmadı – FOTO

Azərbaycanda “sarı inqilab” baş tutmadı

Bir neçə həftədir ki, ölkənin ictimai fikrini 2018-ci ilin qarşıdan gələn yeni inqilabı haqqında xəbər məşğul edir. Hər seçki mövsümündə bizə yeni rəngli inqilab vəd edilir. Bu dəfə keçmiş prokurorun, Azərbaycan baharının yeni peyda olmuş blogeri Vidadi İsgəndərlinin sözlərinə görə, inqilabın rəngi sarıdır.

Lakin deyəsən, bir nəfərin sarı inqilabı da məhv olmuş ümidlərin qayasına tuş gəlib.

V.İsgəndərli sosial şəbəkələrdə müxalifətin yeni strategiyası – Azərbaycan rəhbərliyinin ünvanına təhqir və qarğış (lap orta əsrlərdəki cadu kimi) yağdırması hesabına məşhurlaşıb. Onun, demək olar ki, hər bir videomüraciəti bu günlərdə baş verəcək sarı inqilabdan xəbər verir. Ölkə hüdudlarından kənarda olsa da, xaricdə xalqın azad ediləcəyini bildirir. V.İsgəndərli bir məsələni nəzərə almır – uzaq Fransada ola-ola öz millətini necə xilas etmək olar?!

Azərbaycanda “sarı inqilab” baş tutmadı
Vidadi İsgəndərli inqilabı başa çatdırır

O, usta şagirdliytinə başlayaraq, yorulmadan sarı inqilab üçün plakatlar və şüarlar hazırlayır. Hətta vaxtını da müəyyənləşdirib: 30 mart. Müxtəlif blogerlərə və özü kimi siyasi mühacirlərə müraciət edərək, İsgəndərli hamını Parisdəki Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyasına çıxmağa çağırıb.

Özünün az qala hər bir videomüraciətində Vidadi İsgəndərli bütün məsuliyyəti ilə inandırırdı ki, Bakının xilası üçün Parisdəki sarı inqilab Əli Kərimli ilə Gültəkin Hacıbəylinin Bakıda keçirdiyi mitinqlərdəkindən az adam toplamayacaq. V.İsgəndərli Paris keçələrinə ən azı yüzlərlə inqilab fəalını çıxaracağına söz vermişdi.

Lakin Azərbaycanın Fransadakı səfirliyinin qarşısına Vidadi İsgəndərlinin özü də daxil olmaqla, cəmi 7 nəfər gəldi. Azərbaycan üçün daha bir inqilab belə şərəfsizcəsinə başa çatdı.

Azərbaycanda “sarı inqilab” baş tutmadı
Azərbaycanda “sarı inqilab” baş tutmadı
Azərbaycanda “sarı inqilab” baş tutmadı


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *