Ailəsi müxalifətçi ekstremist Vidadi İsgəndərlidən imtina etdi
Bir müddət öncə gizli müxalifətin əsas ekstremistlərindən biri, hazırda Gürcüstanda qeyri-leqal yaşayan keçmiş prokuror Vidadi İsgəndərlinin ailə üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə məktubla müraciət ediblər. Bu barədə virtualaz.org-a hökumət mənbələrindən məlum olub.
Öz müraciətində V.İsgəndərlinin anası Həbibə İsgəndərova və onun qardaşı İsfəndiyar İsgəndərov V.İsgəndərlinin fəaliyyəti ilə bağlı hiddətlərini dövlət başçısının diqqətinə çatdırıblar. Məktubda deyilir ki, “ailənin üzvü bilərəkdən Azərbaycan barədə şər-böhtan xarakterli məlumatlar və bəyanatlar yayır və bu səbəbdən onlar Vidadini artıq ailə üzvü kimi qəbul etmirlər, belə ki, o, İsgəndərli nəslinin adını ləkələyib”.
İsgəndərli ailəsinin Azərbaycan prezidentinə müraciətində müxalifətçi ekstremistin anası və qardaşı hakimiyyətdən “bu utanc damğasından qurtulmaqda yardım” istəyirlər.
Mənbə:> Virtualaz.org