Həccə gedən ailənin 12 üzvü geri qayıtmadı
İngiltərədən Səudiyyə Ərəbistanına ziyarətə gedən ailə üzvlərinin bir neçəsi itkin düşüb.
ANS PRESS-in məlumatına görə, İngiltərədən Həcc ziyatərinə yola düşən bir ailənin 12 üzvü geri qayıtmayıb. Üç bacı və yaşları 3-15 arası olan 9 uşaqları iyunun 11-də İngiltərədə olmalı idi. Qrupdan 19 nəfərin Mədinədən təyyarə ilə İstanbula getdiyi düşünülür.
İngilis polisi hadisəni araşdırdığını təsdiqləyib. Hətta məsələ ilə bağlı Türkiyə tərəfi ilə əlaqəyə keçdikləri, lakin heç bir izin olmadığı bildirilir.
İtən şəxslərin 30 yaşlı iki uşaq anası Xədicə Davud, 34 yaşlı beş uşaq anası Şükra Davud 33 yaşlı iki uşaq anası Zəhra Davud olduğu deyilir. Artıq bir neçə gündür bu ailə üzvlərindən heç bir xəbər yoxdur.
Mənbə:> ANSPRESS