3 uşaq anası İŞİD-lə vuruşmağa getdi – FOTO
Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayan bir qadın İŞİD-lə vuruşmaq üçün yola çıxıb.
ANS PRESS-in məlumatına görə, ABŞ Şimali Karolina ştatında yaşayan Samanta Conson adlı 25 yaşlı qadın İŞİD terror qruplaşması silahlılarına qarşı vuruşmaq üçün peşmərgə sıralarına daxil olub. Bu barədə “Daily Caller”də xəbər yer alıb.
Xəbərdə bildirilir ki, 2008-2011-ci illərdə ABŞ ordusunda xidmət edən bu cəsur qadın bölgədə yaşayan kürdlərin terrorçuların təzyiqinə mərz qaldığını deyib.
"Haradasa insanların işgəncələrə, əzablara məruz qaldığını bildiyim halda, rahat otura bilməzdim", - deyə o, bildirib.
25 yaşlı Samanta Conson üç uşaq anasıdır.
Mənbə:> ANSPRESS