Valideynləri siyasi məhbusdan imtina etdi
Hazırda mühacirətdə yaşayan keçmiş siyasi məhbus Rəsul Mürsəlovun valideynləri ondan imtina ediblər.
AzNews.info virtualaz.org saytına istinadən xəbər verir ki, öz oğlundan imtina bəyanatını R.Mürsəlovun atası Maarif Mürsəlov yazıb və həmin müraciətini Prezident Administrasiyasına, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Milli
Təhlükəsizlik Nazirliyinə və Ombudsman Aparatına göndərib.
“Biz oğlumuz Rəsulun siyasi fəaliyyətini dəstəkləmir və ondan imtina etdiyimizi bəyan edirik. Bunu nəzərə almağınızı və Rəsul Mürsəlovu bundan sonra bizim ailə ilə əlaqələndirməməyinizi xahiş edirik” - deyə Mürsəlovlar ailəsinin imzaladığı bəyanatda deyilir.
Mənbə:> Virtualaz.org