Ayaz Mütəllibov Rəsul Quliyevin ittihamlarını cəfəngiyyat adlandırdı
O, modern.az-a müsahibəsində Ayaz Mütəllibovu hətta qorxaqlıqda ittiham edib. Rəsul Quliyev keçmiş prezidenti hakimiyyətdə olarkən ölkəni uçuruma aparmaqda da qınayıb.
Eks-spikerin bu yöndəki mütəmadi açıqlamalarına Ayaz Mütəllibov reaksiya verib.
O, həmin sayta açıqlamasında bildirib ki, Rəsul Quliyev elə bir şəxsdir ki, ona cavab verməyi özünə rəva görmür: “Ona cavab verməyi özümə borc və rəva bilmirəm”.
Keçmiş dövlət başçısı əlavə edib ki, eks-spikerin danışdıqları boş və mənasız sözlərdir: “Qoy nə qədər çərənləyir çərənləsin. Ona bundan artıq cavab verməyəcəyəm”.
Mənbə:> Modern.az