Azərbaycandan ABŞ-a cavab » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Azərbaycandan ABŞ-a cavab

Azərbaycandan ABŞ-a cavab


XİN ABŞ Dövlət Departamentinin 16 aprel tarixində Azərbaycan ilə əlaqədar açıqlamasına münasibət bildirib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ANS PRESS-ə bildirib ki, ABŞ Dövlət Departamentinin bu açıqlaması yalnız təəccüb doğurur.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycan Respublikasında qanunun aliliyi, fundamental azadlıqların qorunması və məhkəmə sisteminin müstəqilliyi tam təmin olunub:

"Azərbaycanda heç kim siyasi fəaliyyətinə və baxışlarına görə təqib olunmur. Azərbaycan Respublikası tərəfindən beynəlxalq səviyyədə qəbul edilmiş öhdəliklərinə tam şəkildə əməl edilir.

Rəsul Cəfərov vergidən yayınma, mənimsəmə və digər qanuna zidd əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunub və onun bu əməlləri məhkəmə qaydasında sübuta yetirilib".

Nazirlik rəsmisi bildirib ki, qanun qarşısında hamı bərabərdir və insan hüquqlarının müdafiəçisi kimi fəaliyyət heç kimi qanun qarşısında məsuliyyətdən azad etmir. Hikmət Hacıyev əlavə edib ki, ABŞ Dövlət Departamentinin qanunun aliliyindən kənar bu açıqlaması Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi daşıyır:

"Beynəlxalq öhdəlikərin yerinə yetirilməsinə çağırış edən ABŞ ilk növbədə beynəlxalq hüququn norma və prinsipləri, BMT nizamnaməsi və Helsinki Yekun Aktına zidd şəkildə Azərbaycanın ərazilərini işğal edən Ermənistandan öz beynəlxalq öhdəliklərinin yerinə yetirilməsini və işğal edilmiş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasını tələb etməlidir. İşğal və təcavüz siyasətinin davamı kimi Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində yenə də təxribatçı hərbi təlimlər keçirilir və ABŞ tərəfindən heç bir münasibət bildirilmir".

H.Hacıyev hesab edir ki, insan hüquqlarının müdafiəsi altında fərdi cinayət hallarına belə maraq göstərən ABŞ-ın Ermənistanın təcavüz və işğalı nəticəsində fundamental hüquq və azadlıqlarından məhrum olan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin də hüquqlarının bərpasına lazımı diqqət ayırması daha təqdirəlayiq olardı.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *