Rumıniya rus qazından imtina edir
Apreldə Rumıniya Rusiyadan qaz idxalından tam şəkildə imtina edə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti Rumıniyanın Ecnomica nəşrinə istinadən məlumat yayıb.
Qəzet yazır ki, rus qazının idxalından imtina sənayenin spesifik istehlakı azaltması, həmçinin enerji effektivliyinə investisiyalar sayəsində mümkün olub.
“Rumıniya son on illiklərdə ilk dəfə olaraq, təbii qaz idxalından imtina edəcək. 2015-ci ilin apreli, həmçinin sonrakı aylarda əhalinin tələbatı daxili resurslar hesabına ödəniləcək”, - deyə, Economica yazır.
Hazırda Rumıniya ildə 10-11 mlrd. kubmetr qaz istehlak edir ki, bunun da 400 mln. kubmetri Rusiyadan alınır.
Mənbə:> Oxu.Az