Siyavuş Novruzov: "Gənclərin əsəbləri dözmədi və onlar Vidadi İsgəndərlinin atasının qəbrini təhqir etdilər" – VİDEO
Gənc ultra radikal fəalların bir qrupu Fransada mühacirətdə yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin atasının qəbrini təhqir edib.
Virtualaz.org bildirir ki, hər şey videoya çəkilib və kadr arxası səs Vidadi İsgəndərlini Azərbaycanın maraqlarına xəyanətdə, qorxaqlıqda və ermənilərə işləməkdə ittiham edir.
Videodan görünür ki, gənclər təbii ehtiyaclarını birbaşa məzar daşı üzərində ödəyir, sonra da qəbiri qazaraq cəsədi Vidadi İsgəndərliyə göndərməyi təklif edirlər. Bu aksiya sosial şəbəkələrdə son dərəcə çoxmənalı reaksiyalara və qınamalara səbəb olub. Hətta radikal gəncləri vandalizmə və qəbiri murdarladıqlarına görə məsuliyyətə cəlb etməyə çağırışlar səslənir.
Baş verənlərə hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov da münasibət bildirib. Onun sözlərinə görə, radikallar qrupu bununla Azərbaycan xalqını təhqir etdiyi üçün Vidadi İsgəndərlidən qisas almaq qərarına gəlib.
Vidadi İsgəndərli
"Mübarizəni kişi kimi aparmaq lazımdır. Opponentlərin ailə üzvlərini, qohumlarını çirkin mübarizəyə qatmaq olmaz. Sən Avropada gizlənmisənsə, bu sənə insanları və onların ailə üzvlərini təhqir etmək hüququ vermir. Sənə bu hüququ kim verib? Belə xoşagəlməz hadisələr bu səbəbdən baş verir. Kimlərinsə əsəbləri dözür, kimlərinki isə yox", - deyə Siyavuş Novruzov yerli KİV-də bir növ Vidadi İsgəndərliyə müraciət edərək deyib.
Siyavuş Novruzov qeyd edib ki, əgər Vidadi İsgəndərli öz hərəkətlərinə məsuliyyətlə yanaşsaydı və Azərbaycan xalqını təhqir etməsəydi, onda nəticə də belə olmazdı.
"Hüquq-mühafizə orqanları Vidadi İsgəndərlinin atasının qəbiri ilə bağlı lazımi yoxlama aparacaq. Amma unutmaq lazım deyil ki, elə həmin Vidadi İsgəndərli Azərbaycan hüquq-mühafizə orqanlarının rəhbərlərini daim təhqir edir. O, müxtəlif vəzifəli şəxslər, siyasi partiyaların rəhbərləri və ictimaiyyətin nümayəndələri barəsində ədəbsiz ifadələrdən istifadə edir. Əlbəttə, bütün bunlar onun tərbiyəsinin və mədəniyyətin səviyyəsindən xəbər verir", - deyə YAP rəsmisi vurğulayıb.
Post by aznews.info.
Mənbə:> Virtualaz.org